date saat

  • vtem slides

    Ümummilli Liderin 100 illiyi münasibətilə Ordubad rayonunda “Azərbaycan – Türkiyə ipək bağı” salınıb 

    Martın 29-da Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin əməkdaşlığı çərçivəsində Ordubad rayonunun Əylis Düzü adlanan ərazisində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə “Azərbaycan – Türkiyə ipək bağı” salınıb.…
  • vtem slides

    Naxçıvanda Elm Günü münasibətilə alim və ziyalılarla görüş olub 

    Martın 27-də - Elm Günündə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli muxtar respublikanın elm xadimləri və ziyalıları ilə görüşüb. Səlahiyyətli nümayəndə Elm Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, ümumi inkişafın təmin olunması və kadr hazırlığı sahəsində elm xadimlərinin və ziyalıların qarşısında duran vəzifələrdən danışıb, elmi yanaşmanın vacibliyini vurğulayıb. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Bioresurslar İnstitutunun baş elmi işçisi, akademik Tariyel Talıbov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Dövlət Universitetinin Elm və İnnovasiyalar Bölməsinin müdiri Elnarə Allahverdiyeva, Naxçıvan Dövlət Universitetinin m…
  • vtem slides

    Naxçıvanda bir qrup şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə mənzillər təqdim edilib 

    İmtiyazlı şəxslər avtomobillə, sanatoriya-kurort və müalicə mərkəzlərinə yollayışla, özünüməşğulluq proqramına cəlb olunanlar aktivlərlə təmin olunublar Martın 16-da Naxçıvan Muxtar Respublikasında şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə mənzillər, müharibə ilə əlaqədar əlilliyi olanlara avtomobillər təqdim edilib. Mənzil və avtomobillərin təqdimatı tədbirində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iştirak ediblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, S.Babayev Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin başlıca istiqamətlərindən birinin şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial…
  • vtem slides

    Şərur rayonunun Vərməziyar kəndində məktəb, kənd və xidmət mərkəzləri istifadəyə verilib 

      Martın 15-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərur rayonunun Vərməziyar kəndində aparılan kompleks quruculuq işləri ilə tanış olub. Əvvəlcə yenidən qurulan Vərməziyar kənd tam orta məktəbi ilə tanışlıq olub. Sonra pedaqoji kollektivlə görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə və muxtar respublikada təhsil sahəsində həyata keçirdiyi tədbirlərdən, təhsil işçilərinə olan qayğısından danışılıb, məktəbdə müəllim və şagirdlərin hazırlıq səviyyəsinin ürəkaçan olmaması, şagirdlərin innovativ yanaşmaları çətin qavraması və müəllim heyətinin qarşısında duran vəzifələr diqqətə çatdırılıb. Səlahiyyətli nümayəndə kənd sakinləri ilə görüşüb, onların problemləri ilə tanış olub, xidmət və kənd mərkəzlərində yaradılan şəraitlə mar…
  • vtem slides

    Daxili Qoşunların Şərur rayonu ərazisində yerləşən hərbi hissəsində xidmət və yaşayış şəraiti ilə tanışlıq olub 

    Martın 11-də - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 31-ci ildönümü ərəfəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Daxili Qoşunların Şərur rayonu ərazisində yerləşən hərbi hissəsində xidmət və yaşayış şəraiti ilə tanış olub. Səlahiyyətli nümayəndə hərbi hissənin xatirə kitabını yazıb. Hərbi hissənin balansında olan silah, xüsusi vasitələr, avtomobil və zirehli texnikaların nümayişi olub. Hərbi hissə ilə tanışlıqdan sonra keçirilən tədbirdə əvvəlcə şəhidlərin və Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri polis polkovniki Süleyman Neymətov çıxış edərək Azərbaycan Respublikasının daxili işlər naziri adından şəxsi heyəti Daxili Qoşunların…
  • vtem slides

    Naxçıvan şəhərindən olan şəhid ailələri və qazilərlə görüş keçirilib 

    Martın 2-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan şəhərindən olan şəhid ailələri və qazilərlə görüşüb, onların müraciətləri dinlənilib. Görüşdə Naxçıvan şəhərindən olan 41 şəhid ailəsi üzvünün və qazinin müraciəti qeydə alınıb.…
  • vtem slides

    Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş könüllü ağacəkmə aksiyası keçirilib 

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında 29 sentyabr 2022-ci il tarixdə Sərəncam imzalayıb, 28 noyabr 2022-ci il tarixdə Tədbirlər Planı təsdiq olunub. Tədbirlər Planına əsasən martın 11-də Naxçıvan Muxtar Respublikasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş könüllü ağacəkmə aksiyası keçirilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri, eyni zamanda ekologiya könüllüləri Duzdağ Fizioterapiya Mərkəzinə gedən yolun sol kənarındakı 2 hektar ərazidə keçirilən ağacəkmə aksiyasında iştirak ediblər. Aksiya zamanı 1500 badam tingi və 600 üzüm kolu əkilib. Həmin g…
  • vtem slides

    Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib 

    Fevralın 26-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət ediblər. Abidə önünə güllər qoyulub, Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram ifadə olunub.…
  • vtem slides

    Sədərək rayon sakinlərinin müraciətləri dinlənilib 

    Fevralın 22-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Sədərək rayonunda olub, sakinlərlə görüşüb, onların müraciətləri dinlənilib. Əvvəlcə Sədərək rayonundakı şəhidlər xiyabanı və ümummilli lider Heydər Əliyevin Sədərək rayonunun Heydərabad qəsəbəsindəki büstü ziyarət edilib, gül dəstələri qoyulub. Sonra görüşdə Sədərək rayonundan olan 22 şəhid ailəsinin və 228 rayon sakininin müraciəti dinlənilib.…
  • vtem slides

    Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Türkiyənin Naxçıvandakı Baş konsulu ilə görüşüb 

    Fevralın 10-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya ilə görüşüb. Səlahiyyətli nümayəndə Türkiyədə baş verən zəlzələdə həlak olanlarla bağlı bir daha başsağlığını çatdırıb, öz növbəsində Baş konsul göstərilən yardımlara və dəstəyə görə təşəkkür edib. Görüşdə ölkələrimiz arasındakı strateji tərəfdaşlıqdan bəhs edilib, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının ikitərəfli münasibətlərdəki yeri və əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunub.…
Pause

  • 01.jpg
  • 02.jpg
  • 03.jpg
  • 04.jpg
  • 05.jpg
  • 06.jpg
  • 07.jpg
  • 08.jpg
  • 09.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg
  • 23.jpg
  • 24.jpg
  • 25.jpg
  • 26.jpg
  • 27.jpg
  • 28.jpg
  • 29.jpg
  • 30.jpg
  • 32.jpg
  • 33.jpg
  • b1.jpg
  • n6.jpg
  • n8.jpg
  • n13.jpg
  • n15.jpg
  • n16.jpg
  • n17.jpg
  • n36.jpg
  • n44.jpg
  • n45.jpg

Hər bir insan vətəndaşlıq kimliyi ilə mənsub olduğu dövlətin, eləcə də aid olduğu xalqın təmsilçisidir. Vətəndaşlıq anlayışı təkcə hər hansı bir dövlətə siyasi və hüquqi bağlılıqla məhdudlaşmır. Həm də mənəvi əsaslara söykənən geniş bir anlayışa malikdir.  Aid olduğu torpağa və xalqına sadiqlikdir vətəndaşlıq. Vətənpərvərlik bizim xalqın ən gözəl mənəvi  xüsusiyyətlərindən biridir. Biz bunu Vətən müharibəsində əyani olaraq daha qabarıq şəkildə gördük və yaşadıq. Bu haqq savaşında biz xalq olaraq bütöv olduq. Din, dil, irq, etnik mənsubiyyət fərqi vətəndaş həmrəyliyi, xalqın vahidliyi ilə bütövləşdi. Bütün dünyaya bir daha sübut edildi ki, Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Sadəcə, dinc dövrdə deyil, eyni zamanda müharibə dövründə də milli mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları bir yumruq kimi birləşməyi bacardı. Tolerantlığın Azərbaycan nümunəsi öz sözünü Vətən müharibəsində lap aydın şəkildə nümayiş etdirdi.  Biz vətəndaş olaraq həm ön, həm də arxa cəbhədə mübarizə apararaq düşmənlərimiz üzərində Qələbəni təmin etdik. Dekabrın 10-da Bakıda, Azadlıq meydanında keçirilən möhtəşəm Zəfər Paradına baxanda ulu öndərimizin “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” məşhur kəlamını qəlbən duyub, hiss etdik. Müstəqil Azərbaycan Respublikasının vətəndaşı olaraq hər birimiz qürur və məmnuniyyət duyduq.

Vətəndaşlıq, onunla bağlı bir sıra məsələlər isə hələ qədim zamanlardan bəri böyük əhəmiyyətə malik olduğundan hüquqi tənzimlənmənin predmetidir və öz inkişafında bir sıra mərhələlərdən keçib. Dünya xalqlarının, eləcə də Azərbaycanın hüquq tarixində vətəndaşlıqla bağlı münasibətlərdə zaman-zaman fərqli məfhumlardan istifadə edilsə də,  müasir hüquqda vətəndaş anlayışından  istifadə olunur.

Hər bir ölkədə şəxslərin gündəlik həyatına təsiri olduğu üçün vətəndaşlığın son dərəcə hüquqi əhəmiyyəti və üstünlükləri var. Vətəndaşlıq faktı ilə şəxs səs vermək hüququ, dövlətdə vəzifə tutmaq hüququ, səhiyyə xidmətləri, təhsil, daimi yaşayış yerinə sahib olmaq, əmək fəaliyyəti ilə məşğul olmaq kimi və sair hüquqlar qazanır. Eyni zamanda vətəndaşlıq faktı ilə şəxslərin vəzifələri müəyyənləşir. Vətəndaşlar  onların üzərinə qoyulmuş vəzifələri icra edir, qanuni mənafelərini həyata keçirir, dövlət isə, öz növbəsində, vətəndaşların maraqlarının müdafiəsində dayanır.   
Vətəndaşlıq hüququ Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsi ilə təsbit olunmuşdur. Həmin maddədə göstərilir ki, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Həmçinin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda vətəndaşlığın əldə edilməsinin aşağıdakı əsasları təsbit edilmişdir:
1.Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda;
2. Respublika vətəndaşlığına qəbul edildikdə;
3.Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda;
4.Qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda.
Həmin qanunla vətəndaşlığın əldə edilməsinin dörd əlaməti müəyyənləşdirilib. Azərbaycan Respublikasının ərazisində və respublika vətəndaşlarından doğulmağa görə müəyyənləşən iki əsas prinsip vətəndaşlığın əldə edilməsinin əsas şərtləri hesab olunur. Qeyd edək ki, bir çox ölkələrdə bu iki prinsipə əsaslanan müvafiq qanunlar qəbul edilib. Bu səbəbdən insanların əksər çoxluğu üçün vətəndaşlığın müəyyən olunması heç də mürəkkəb deyil. Azərbaycan Respublikasında hər bir uşaq doğulduqdan sonra qanunvericiliyə uyğun olaraq qeydiyyata alınır və vətəndaşlıq əldə edir. 
Qanunla müəyyən edilən mühüm məsələlərdən biri də uşaqların vətəndaşlığının dəyişməsi ilə bağlı olan hüquqi tənzimlənmədir. Belə ki, hər iki valideynin vətəndaşlığı dəyişdikdə onların 14 yaşına çatmamış uşaqları da Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş olurlar. Yəni uşaqların  vətəndaşlıq məsələsi valideynlərinin vətəndaşlığı üzrə müəyyənləşir. Respublika ərazisində yaşayan uşağın hər iki valideyni və ya yeganə valideyni Azərbaycan Respublikasının vətəndaşlığından çıxırsa və həmin uşağın üzərində qəyyumluq və ya himayəçilik müəyyən edilmişsə,  uşağın böyüdülməsində iştirak etməyən valideynin və ya valideynlərin, qəyyumun və himayəçinin vəsatəti ilə uşaq Azərbaycan Respublikasının vətəndaşlığını saxlayır.
Azərbaycan Respublikasının vətəndaşları  əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürürlərsə, həmin uşaq respublika vətəndaşlığını əldə edir. Qanunla əcnəbi və vətəndaşlığı olmayan uşaqların övladlığa götürülməsi qaydalarında müəyyən nüanslar mövcuddur. Belə ki, əcnəbi uşağın övladlığa götürülməsində valideynlərdən birinin xarici vətəndaşlığı varsa, uşağın vətəndaşlıq məsələsi valideynlərin qarşılıqlı razılığı ilə öz həllini tapır. Ümumiyyətlə, qanunun tələblərinə diqqət yetirsək, aydın olar ki, həm əcnəbi uşaqların, həm də vətəndaşlığı olmayan uşaqların övladlığa götürülməsində valideynlərin birinin əcnəbi vətəndaşlığı varsa, uşağın vətəndaşlıq məsələsi qarşılıqlı razılıq əsasında öz həllini tapır.
Şəxs Azərbaycan Respublikasının vətəndaşlığından çıxdıqda, vətəndaşlığını itirdikdə, eləcə də beynəlxalq müqavilələrdə və qanunla  nəzərdə tutulmuş digər əsaslar olduqda vətəndaşlığına xitam verilir. Əgər  şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində  məsuliyyətə cəlb edilmişsə, yaxud barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir.
Dünyanın bir çox ölkələrinin, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyində də  fəxri vətəndaşlıq anlayışından istifadə olunur. Fəxri vətəndaşlıq dünya birliyi, eləcə də konkret ölkə və xalq qarşısında xüsusi xidmətləri olan şəxslərə, onların razılığına əsasən verilir. Azərbaycan Respublikasının fəxri vətəndaşı Azərbaycan Respublikası vətəndaşları ilə eyni hüquqlara malikdir və eyni zamanda Azərbaycan Respublikası Prezidentinin xüsusi himayəsi altındadır.

     Siyavuş Babayev

    Qanunvericilik bölməsinin əməkdaşı

02 dekabr 2022-ci il tarixdə Şərq qapısı qəzeti və "Serqqapısı.az" saytında dərc edilmişdir