date saat

  • vtem slides

    Ümummilli Liderin 100 illiyi münasibətilə Ordubad rayonunda “Azərbaycan – Türkiyə ipək bağı” salınıb 

    Martın 29-da Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin əməkdaşlığı çərçivəsində Ordubad rayonunun Əylis Düzü adlanan ərazisində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə “Azərbaycan – Türkiyə ipək bağı” salınıb.…
  • vtem slides

    Naxçıvanda Elm Günü münasibətilə alim və ziyalılarla görüş olub 

    Martın 27-də - Elm Günündə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli muxtar respublikanın elm xadimləri və ziyalıları ilə görüşüb. Səlahiyyətli nümayəndə Elm Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, ümumi inkişafın təmin olunması və kadr hazırlığı sahəsində elm xadimlərinin və ziyalıların qarşısında duran vəzifələrdən danışıb, elmi yanaşmanın vacibliyini vurğulayıb. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Bioresurslar İnstitutunun baş elmi işçisi, akademik Tariyel Talıbov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Dövlət Universitetinin Elm və İnnovasiyalar Bölməsinin müdiri Elnarə Allahverdiyeva, Naxçıvan Dövlət Universitetinin m…
  • vtem slides

    Naxçıvanda bir qrup şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə mənzillər təqdim edilib 

    İmtiyazlı şəxslər avtomobillə, sanatoriya-kurort və müalicə mərkəzlərinə yollayışla, özünüməşğulluq proqramına cəlb olunanlar aktivlərlə təmin olunublar Martın 16-da Naxçıvan Muxtar Respublikasında şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə mənzillər, müharibə ilə əlaqədar əlilliyi olanlara avtomobillər təqdim edilib. Mənzil və avtomobillərin təqdimatı tədbirində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iştirak ediblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, S.Babayev Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin başlıca istiqamətlərindən birinin şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial…
  • vtem slides

    Şərur rayonunun Vərməziyar kəndində məktəb, kənd və xidmət mərkəzləri istifadəyə verilib 

      Martın 15-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərur rayonunun Vərməziyar kəndində aparılan kompleks quruculuq işləri ilə tanış olub. Əvvəlcə yenidən qurulan Vərməziyar kənd tam orta məktəbi ilə tanışlıq olub. Sonra pedaqoji kollektivlə görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə və muxtar respublikada təhsil sahəsində həyata keçirdiyi tədbirlərdən, təhsil işçilərinə olan qayğısından danışılıb, məktəbdə müəllim və şagirdlərin hazırlıq səviyyəsinin ürəkaçan olmaması, şagirdlərin innovativ yanaşmaları çətin qavraması və müəllim heyətinin qarşısında duran vəzifələr diqqətə çatdırılıb. Səlahiyyətli nümayəndə kənd sakinləri ilə görüşüb, onların problemləri ilə tanış olub, xidmət və kənd mərkəzlərində yaradılan şəraitlə mar…
  • vtem slides

    Daxili Qoşunların Şərur rayonu ərazisində yerləşən hərbi hissəsində xidmət və yaşayış şəraiti ilə tanışlıq olub 

    Martın 11-də - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 31-ci ildönümü ərəfəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Daxili Qoşunların Şərur rayonu ərazisində yerləşən hərbi hissəsində xidmət və yaşayış şəraiti ilə tanış olub. Səlahiyyətli nümayəndə hərbi hissənin xatirə kitabını yazıb. Hərbi hissənin balansında olan silah, xüsusi vasitələr, avtomobil və zirehli texnikaların nümayişi olub. Hərbi hissə ilə tanışlıqdan sonra keçirilən tədbirdə əvvəlcə şəhidlərin və Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri polis polkovniki Süleyman Neymətov çıxış edərək Azərbaycan Respublikasının daxili işlər naziri adından şəxsi heyəti Daxili Qoşunların…
  • vtem slides

    Naxçıvan şəhərindən olan şəhid ailələri və qazilərlə görüş keçirilib 

    Martın 2-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan şəhərindən olan şəhid ailələri və qazilərlə görüşüb, onların müraciətləri dinlənilib. Görüşdə Naxçıvan şəhərindən olan 41 şəhid ailəsi üzvünün və qazinin müraciəti qeydə alınıb.…
  • vtem slides

    Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş könüllü ağacəkmə aksiyası keçirilib 

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında 29 sentyabr 2022-ci il tarixdə Sərəncam imzalayıb, 28 noyabr 2022-ci il tarixdə Tədbirlər Planı təsdiq olunub. Tədbirlər Planına əsasən martın 11-də Naxçıvan Muxtar Respublikasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş könüllü ağacəkmə aksiyası keçirilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri, eyni zamanda ekologiya könüllüləri Duzdağ Fizioterapiya Mərkəzinə gedən yolun sol kənarındakı 2 hektar ərazidə keçirilən ağacəkmə aksiyasında iştirak ediblər. Aksiya zamanı 1500 badam tingi və 600 üzüm kolu əkilib. Həmin g…
  • vtem slides

    Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib 

    Fevralın 26-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət ediblər. Abidə önünə güllər qoyulub, Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram ifadə olunub.…
  • vtem slides

    Sədərək rayon sakinlərinin müraciətləri dinlənilib 

    Fevralın 22-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Sədərək rayonunda olub, sakinlərlə görüşüb, onların müraciətləri dinlənilib. Əvvəlcə Sədərək rayonundakı şəhidlər xiyabanı və ümummilli lider Heydər Əliyevin Sədərək rayonunun Heydərabad qəsəbəsindəki büstü ziyarət edilib, gül dəstələri qoyulub. Sonra görüşdə Sədərək rayonundan olan 22 şəhid ailəsinin və 228 rayon sakininin müraciəti dinlənilib.…
  • vtem slides

    Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Türkiyənin Naxçıvandakı Baş konsulu ilə görüşüb 

    Fevralın 10-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya ilə görüşüb. Səlahiyyətli nümayəndə Türkiyədə baş verən zəlzələdə həlak olanlarla bağlı bir daha başsağlığını çatdırıb, öz növbəsində Baş konsul göstərilən yardımlara və dəstəyə görə təşəkkür edib. Görüşdə ölkələrimiz arasındakı strateji tərəfdaşlıqdan bəhs edilib, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının ikitərəfli münasibətlərdəki yeri və əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunub.…
Pause

  • 01.jpg
  • 02.jpg
  • 03.jpg
  • 04.jpg
  • 05.jpg
  • 06.jpg
  • 07.jpg
  • 08.jpg
  • 09.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg
  • 23.jpg
  • 24.jpg
  • 25.jpg
  • 26.jpg
  • 27.jpg
  • 28.jpg
  • 29.jpg
  • 30.jpg
  • 32.jpg
  • 33.jpg
  • b1.jpg
  • n6.jpg
  • n8.jpg
  • n13.jpg
  • n15.jpg
  • n16.jpg
  • n17.jpg
  • n36.jpg
  • n44.jpg
  • n45.jpg

Yanvarın 6-da Naxçıvan Muxtar Respublikasında ev təsərrüfatlarının uçotunun aparılması işinin təşkili ilə bağlı müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli müşavirədə çıxış edərək deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasəti və ortaya qoyduğu siyasi iradə bu gün respublikamızda ən böyük infrastruktur layihələrindən biri olan Zəngəzur layihəsinin həyata keçirilməsini labüd edib. Səlahiyyətli nümayəndə Azərbaycan Respublikası və onun Naxçıvan Muxtar Respublikası, eyni zamanda region üçün Zəngəzur layihəsinin əhəmiyyətini qeyd edib.

Ölkəmizdə rəsmi statistikanın inkişafı ilə bağlı görülən işlərdən danışılıb, bu sahədə müəyyənləşdirilən bir sıra vəzifələrin Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi tərəfindən düzgün icra olunmadığı vurğulanıb. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının müəyyən etdiyi istiqamətə uyğun olaraq 28 dekabr 2022-ci il tarixdə Naxçıvanda bununla bağlı  müvafiq müşavirə keçirilib, Mərkəzi Qərargah yaradılıb, Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq yerlərdə icra hakimiyyətləri başçılarının rəhbərliyi ilə 8 yerli qərargah da yaradılıb. Bugünkü müşavirədə təsərrüfatbaşına uçot kitablarının doldurulması işinin təşkili ilə bağlı şəhər, rayon icra hakimiyyətləri qarşısında duran vəzifələr izah olunacaq, məsul şəxslər təlimatlandırılacaqdır. 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini İbrahim Mustafayev bildirib ki, ötən müddətdə Naxçıvan Muxtar Respublikasında ev təsərrüfatlarının  uçotunun aparılması işinin təşkili ilə bağlı bir sıra tədbirlər görülüb, lakin bəzi zəruri tədbirlərin, müəyyən addımların atılması və layihənin sistemli şəkildə həyata keçirilməsi üçün əlavə tədbirlər də görülməlidir. Qeyd olunub ki, həyata keçirilən tədbirlərdən sonra muxtar respublikada statistika üzrə real göstəricilər informasiya sistemində öz əksini tapacaqdır.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov “Ev təsərrüfatlarının uçotu kitabı”nın proqram təminatının üstünlükləri haqqında ətraflı məlumat verib. Bildirilib ki, proqram təminatı yerlərdə məlumatlar daxil edilən kimi hər bir qəsəbə, kənd üzrə məlumatların ölkənin digər şəhər və rayonları üzrə avtomatik rejimdə müqayisə olunmasına, təkrarçılıq halları varsa onların aradan qaldırılmasına imkan verəcək. 
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsul Naxçıvan Muxtar Respublikası üzrə 2016-cı ildə təsdiq edilmiş “Ev təsərrüfatlarının uçotu kitabı”nda olan göstəricilərlə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təsdiq etdiyi kitab arasında müəyyən fərqliliklərin olduğunu, hazırda isə bu fərqliliklərin aradan qaldırılması istiqamətində iş aparıldığını deyib.
Sonra Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin şöbə müdiri Gündüz Məmmədov rayon (şəhər) icra hakimiyyəti başçılarının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində “Ev təsərrüfatlarının uçotu kitabı” üzrə məlumatların elektron məlumat bazasına daxil edilməsi qaydalarını slayd vasitəsilə müşavirə iştirakçılarının diqqətinə çatdırıb.