date saat

  • vtem slides

    Naxçıvanda 20 Yanvar faciəsinin 33-cü ildönümü yad edilib 

    Yanvarın 20-də dövlət və hökumət nümayəndələri Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanına gəliblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra dövlət və hökumət nümayəndələri şəhidlərin məzarlarını, xiyabandakı Ana abidəsini və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türk ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək güllər qoyub, şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.…
  • vtem slides

    Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib 

    Yanvarın 10-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib. Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib: 1. 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları 2. Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi 3. Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi 4. İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi Gündəlikdə duran birinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının Baş Naziri Səbuhi Məmmədov və Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev çıxış ediblər. Sessiyanın gündəliyində duran ikinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının maliyyə nazirinin müavini Həsən İsmayılov çıxış edib, “Naxçıvan Muxtar Respublikasının 2023-cü il…
  • vtem slides

    Şərur rayon sakinlərinin müraciətləri dinlənilib 

    Yanvarın 7-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərur rayonunda olub, sakinlərlə görüşüb, onların müraciətləri dinlənilib.  Əvvəlcə rayon mərkəzindəki ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, gül dəstələri qoyulub.  Sonra sakinlərin müraciətləri dinlənilib. Görüşdə 203 rayon sakininin şikayəti dinlənilib. Görüşdən sonra Şərur şəhərindəki şəhidlər xiyabanı ziyarət edilib. Yanvarın 9-da isə Şərur rayonundan olan şəhid ailələri ilə görüş keçirilib, 20 şəhid ailəsinin müraciəti qəbul olunub.…
  • vtem slides

    Əlahiddə Ümumqoşun Orduda yeni tikilən hərbi obyektlərlə tanışlıq olub 

    Yanvarın 6-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli yeni inşa edilən “Naxçıvan” Bərpa-İstehsalat Hərbi Kompleksində olub.Keçirilən brifinqdə slayd vasitəsilə kompleksdə yaradılan şərait və imkanlar barədə ətraflıməlumat verilib, tikinti prosesindən hazırlanmış videoçarx nümayiş olunub.Sonra “Naxçıvan” Bərpa-İstehsalat Hərbi Kompleksi ilə əyani tanışılıq zamanı bildirilib ki, kompleksdə 1 mərkəz, 3 şöbə, 4 bölmə, 8 sex, 10 sahə yaradılıb. Kompleks əsasən Türkiyə Respublikasından gətirilən 103 adda dəzgah və cihaz, 8 adda sınaq qurğusu, 132 adda digər təmir avadanlıqları ilə təchiz edilib. Burada silahların, avtomobil texnikalarının, artilleriya və hava hücumundan müdafiə vasitələrinin, zirehli tank texnikalarının, elektron və rabitə avadanlıqlarının, mühəndis texnikaları…
  • vtem slides

    Naxçıvanda ev təsərrüfatlarının uçotunun aparılması işinin təşkili ilə bağlı müşavirə keçirilib 

    Yanvarın 6-da Naxçıvan Muxtar Respublikasında ev təsərrüfatlarının uçotunun aparılması işinin təşkili ilə bağlı müşavirə keçirilib.Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli müşavirədə çıxış edərək deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasəti və ortaya qoyduğu siyasi iradə bu gün respublikamızda ən böyük infrastruktur layihələrindən biri olan Zəngəzur layihəsinin həyata keçirilməsini labüd edib. Səlahiyyətli nümayəndə Azərbaycan Respublikası və onun Naxçıvan Muxtar Respublikası, eyni zamanda region üçün Zəngəzur layihəsinin əhəmiyyətini qeyd edib.…
  • vtem slides

    Culfa rayon sakinləri ilə görüş olub 

      Yanvarın 5-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Culfa rayonunda olub, sakinlərlə görüşüb, onların müraciətləri dinlənilib.  Əvvəlcə Culfa şəhərindəki şəhidlər abidəsi və ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilib, gül dəstələri qoyulub.  Səlahiyyətli nümayəndə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını rayon sakinlərinə çatdırıb. Görüşdə 138 rayon sakininin şikayəti dinlənilib, 273 sakinin yazılı şikayəti isə baxılması üçün götürülüb.…
  • vtem slides

    Fuad Nəcəfli Ordubad sakinləri ilə görüşüb 

    Dekabrın 30-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ordubad rayonunda olub, sakinlərlə görüşüb. Səlahiyyətli nümayəndə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını rayon sakinlərinə çatdırıb. Bildirilib ki, bugünkü görüşdə sakinlərin problemlərini, üzləşdikləri çətinlikləri dinləyəcəyik. Görüşdə 44 rayon sakininin şikayəti dinlənilib, 54 sakinin yazılı şikayəti isə baxılması üçün götürülüb. Görüşdə bildirilib ki, problemlər qısa müddətdə aid dövlət qurumları ilə birlikdə araşdırılıb həll olunacaq. Görüşdən sonra Ordubad şəhərindəki şəhidlər xiyabanı ziyarət edilib.…
  • vtem slides

    Naxçıvan şəhərində bayram şənliyi keçirilib. Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şənlikdə iştirak edib 

    Naxçıvan şəhərinin Heydər Əliyev prospektində təşkil olunan bayram şənliyində xoş əhval-ruhiyyəli şən mahnılar səsləndirilib, rəqs nümunələri təqdim olunub. Bayram şənliyində muxtar respublikada fəaliyyət göstərən istehsal və xidmət müəssisələri, eləcə də ailə təsərrüfatları tərəfindən əhaliyə ictimai-iaşə xidməti göstərilib. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ictimai-iaşə xidmətinin təşkili ilə maraqlanıb.   Fuad Nəcəfli sakinlərlə səmimi söhbət edib, xatirə fotoları çəkdirib, onların bayramını təbrik edib, uşaqlara hədiyyələr verib. Naxçıvan şəhərində bayram şənliyi və ictimai-iaşə xidməti gün ərzində davam edib.…
  • vtem slides

    Naxçıvanda həmrəylik və yeni il bayramı böyük təntənə ilə qeyd olunub 

    Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sakinlərlə görüşüb 2023-cü ilin gəlişi minlərlə muxtar respublika sakininin böyük coşğusu ilə qeyd edilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bayram şənliyinə gəlib, sakinlərlə görüşüb, səmimi təbriklərini çatdırıb. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına televiziya vasitəsilə təbriki mərkəzi meydanda quraşdırılan monitor vasitəsilə yayımlanıb. Fuad Nəcəfli sakinlərlə birlikdə ölkə başçısının xalqa müraciətini izləyib. Gecə saatlarında Naxçıvan şəhərində möhtəşəm bayram atəşfəşanlığı olub, yeni il xoş ovqat və böyük təntənə ilə qarşılanıb. Gecənin sonunda jurnalistlərə qısa müsahibə verən səlahiyyətli nümayəndə Fuad Nəcəfli Preziden…
  • vtem slides

    Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Əlahiddə Ümumqoşun Orduda olub, xidmət şəraiti ilə maraqlanıb 

    Dekabrın 28-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Əlahiddə Ümumqoşun Orduda olub, xidmət şəraiti ilə maraqlanıb. Əvvəlcə Naxçıvan Qarnizonu Qoşunlarının Mərkəzi Qərargahına gələn Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinə müasir avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilmiş Döyüşü İdarəetmə Mərkəzi və Mərkəzi Komanda Məntəqəsinin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Döyüşü İdarəetmə Mərkəzi Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələri arasında qarşılıqlı əlaqənin təmin edilməsində, qarşıya qoyulan döyüş tapşırıqlarının operativ icrasında mühüm rol oynayır. Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev muxtar respublikanın etibarlı müdafiəsinin təmin olunm…
Pause

  • 01.jpg
  • 02.jpg
  • 03.jpg
  • 04.jpg
  • 05.jpg
  • 06.jpg
  • 07.jpg
  • 08.jpg
  • 09.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg
  • 23.jpg
  • 24.jpg
  • 25.jpg
  • 26.jpg
  • 27.jpg
  • 28.jpg
  • 29.jpg
  • 30.jpg
  • 32.jpg
  • 33.jpg
  • b1.jpg
  • n6.jpg
  • n8.jpg
  • n13.jpg
  • n15.jpg
  • n16.jpg
  • n17.jpg
  • n36.jpg
  • n44.jpg
  • n45.jpg

Oktyabrın 28-də Ordubad rayonunun Unus kənd tam orta məktəbi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, ikimərtəbəli 120 şagird yerlik məktəbdə 10 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, direktor, şahmat, kompüter və müəllimlər otaqları, STEAM kabinəsi, kitabxana, qarderob, idman zalı və bufet yerləşir.

Məktəbin kitabxana fondunda 3142 kitab vardır. 

STEAM kabinəsində 1 elektron lövhə, 2 kompüter quraşdırılmışdır. Kabinə 3D printer, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilmişdir. Şagirdlər hazırladıqları “Onurğa əyilməsinə qarşı hazırlanmış mikrobit” və “İstilikölçən cihaz” layihələrini təqdim etmişlər.

Məktəbdə internetə çıxışı olan 14 kompüter və 3 elektron lövhə quraşdırılmışdır. Ali Məclisin Sədri elektron lövhəli sinifdə Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Naxçıvan xalçaları” mövzusunda keçirilən interaktiv dərsi izləmişdir.

Məktəbdəki laboratoriyaların hər biri dərsliklərdə nəzərdə tutulan mövzulara uyğun müasir təcrübə avadanlıqları ilə təmin olunmuşdur. Bu da dərsləri daha yaxşı qavramağa kömək edir, biliyin təcrübə əsasında möhkəmləndirilməsinə şərait yaradır.

Müəllimlərdən Gültac Alırzayeva, Ədalət Hüseynov, Aytac Qocalı, Çinarə Mirzəyeva yaradılan şəraitə görə minnətdarlıq etmişlər.

Məktəbdə istifadəyə verilən hərbi kabinə, müasir idman zalı, açıq idman qurğuları və şahmatın tədrisi gələcəyimiz olan uşaqların hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə, fiziki və əqli inkişafına xidmət edir. Məlumat verilmişdir ki, məktəbin bir şagirdi Heydər Əliyev adına Hərbi Liseyin birinci kursunda təhsilini davam etdirir.

Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olmuşdur.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov və gənc müəllim Gülarə Bağırova çıxış etmişlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Unus kənd tam orta məktəbinin müasir tədrisin tələbləri səviyyəsində qurulduğunu bildirmiş, bu münasibətlə kollektivi təbrik  etmiş, tədrisdə uğurlar arzulamışdır.

Binanın həyətində açıq idman qurğusu quraşdırılmış, abadlıq işləri aparılmışdır.

 

8 kəndi birləşdirən avtomobil

yolu yenidən qurulub

Oktyabrın 28-də Vələver-Başkənd-Qoruqlar-Anaqut-Dırnıs-Kələki-Unus-Pəzməri kənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə maraqlanmışdır.

Məlumat verilmişdir ki, ümumi uzunluğu 14,2 kilometr olan əsas və 18,6 kilometrlik köməkçi yol yenidən qurulmuş, asfalt örtük salınmışdır. Tikinti zamanı 16,1 kilometr beton su kanalı, 2080 metr istinad divarı, 522 metr drenaj, 3740 metr su xətti çəkilmişdir. Yolun üzərində 441 boru və 20 beton su keçidi, 3780 metr yol baryeri qoyulmuş, 2 körpü tikilmiş, 13 piyada körpüsü quraşdırılmış, 3 körpü təmir olunmuş, 1106 metr sahilbərkitmə işləri aparılmışdır.

Pəzməri şəlaləsinə gedən 4 kilometrlik avtomobil yolu da genişləndirilərək qum-çınqıl qatı verilmiş, 20 metr metal boru su keçidi qoyulmuşdur. 8 kəndi əhatə edən yol bölgədə turizmin inkişafına töhfə verəcəkdir.

Ali Məclisin Sədri yolda işlərin keyfiyyətlə aparılması münasibətilə Avtomobil Yolları Dövlət Agentliyinin kollektivinə təşəkkür etmişdir.

Avtomobil Yolları Dövlət Agentliyinin direktoru Bəhruz Əsgərov kollektiv adından yaradılan şəraitə görə minnətdarlıq etmişdir.

Dövlət qurumları müasir

 binada fəaliyyət göstərəcək

Oktyabrın 28-də Unus kənd mərkəzi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanmışdır.

Məlumat verilmişdir ki, ikimərtəbəli kənd  mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, polis sahə məntəqəsi, eyni zamanda rabitə evi, kitabxana, arxiv, mədəniyyət evi, 38 yerlik zal və qazanxana yerləşir. Kitabxana fondunda 8557 kitab vardır. Rabitə evində 256 nömrə tutumlu yeni nəsil ATS quraşdırılmışdır. Kənddə 106 internet istifadəçisi vardır.

Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 105 üzvü vardır ki, onlardan da 33-ü gənc, 57-si isə qadındır.

İnzibati ərazi dairəsi üzrə nümayəndə Natiq Hacıyev kənd sakinlərinin məşğuliyyəti barədə məlumat vermişdir.

Yaşayış məntəqələrində yeni səhiyyə müəssisələrinin istifadəyə verilməsi sakinlərin hərtərəfli tibbi xidmətlə təmin olunmasına imkan verir. Kənd mərkəzində yerləşən feldşer-mama məntəqəsində məntəqə müdiri, mama və manipulyasiya otaqları vardır. Məntəqə ginekoloji müayinə masası və alət dəsti, təcili yardım çantası, qlükometr, boyölçən, tərəzi, soyuducu və digər tibbi ləvazimatlarla təchiz edilmişdir.

Ordubad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elmar Zeynalov muxtar respublikada müasir tibb ocaqlarının istifadəyə verildiyini və tibb işçiləri üçün rahat iş şəraitinin yaradıldığını bildirmiş, Unus kəndində feldşer-mama məntəqəsinin istifadəyə verilməsini bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olduğunu qeyd etmişdir.

Ali Məclisin Sədri qeydiyyat, peyvənd və patronaj işinin təşkili, rayon mərkəzi xəstəxanasından müxtəlif həkim briqadalarının yerlərə göndərilməsi barədə tapşırıqlar vermişdir.

Xidmət mərkəzi gündəlik ehtiyacların

ödənilməsini təmin edəcək

Oktyabrın 28-də Unus kəndində xidmət mərkəzi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzində yaradılan şəraitlə tanış olmuşdur.

Bildirilmişdir ki, xidmət mərkəzində qadın gözəllik salonu, bərbərxana, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, anbar yerləşir. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılmış, 5 nəfər işlə təmin olunmuşdur.

Ali Məclisin Sədri ailə təsərrüfatı məhsullarına üstünlük verilməsi barədə tapşırıq vermişdir.

Mərkəzlə tanışlıqdan sonra sakinlərlə görüş olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Unus kəndinin müasir kəndlər sırasına qoşulması münasibətilə sakinləri təbrik etmişdir.

 

Kənd ağsaqqalı Əsədulla Həsənov yaradılanları qoruyub saxlayacaqlarına söz vermişdir.   

Pəzməri kənd ümumi orta

məktəbi istifadəyə verilib

Oktyabrın 28-də Ordubad rayonunun Pəzməri kənd ümumi orta məktəbi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, ikimərtəbəli məktəbdə 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, direktor, direktor müavini, şahmat, kompüter, müəllimlər otaqları, STEAM kabinəsi, kitabxana, qarderob, bufet və qazanxana yerləşir. Məktəbin kitabxana fondunda 1958 kitab vardır.

Məktəbdə internetə çıxışı olan 10 kompüter və 3 elektron lövhə quraşdırılmışdır. Ali Məclisin Sədri elektron lövhəli sinifdə “Naxçıvan müstəqillik illərində” mövzusunda açıq dərsi izləmişdir.

STEAM kabinəsi 1 elektron lövhə, 2 kompüter, 3D printer, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilmişdir. Şagirdlər hazırladıqları “Avtomatik balıqyemləmə” və “Dispanser qurğu” layihələrini təqdim etmişlər.

Müəllim Aysel Abdullalı yaradılan şəraitə görə minnətdarlıq etmişdir.

Təhsil ocağında dəqiq elmlərin yüksək səviyyədə tədris olunması üçün hər cür şərait yaradılmış, laboratoriyalar əyani vəsaitlərlə təchiz olunmuşdur. Bildirilmişdir ki, məktəbdə şahmat fənninin tədrisi şagirdlərin düşünmə qabiliyyətini, məntiqi təfəkkürünü inkişaf etdirməklə yanaşı, digər fənləri də daha yaxşı mənimsəmələrinə kömək edir.

Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olmuşdur.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov və müəllim Nazənin Quliyeva təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirlərə görə minnətdarlıq etmişlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Pəzməri kənd ümumi orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, yaradılan şəraitdən düzgün istifadə ilə bağlı tapşırıqlar vermişdir.  

Binanın həyətində açıq idman qurğusu quraşdırılmış, abadlıq işləri aparılmış, yaşıllıq salınmış, suvarma və işıqlandırma sistemləri çəkilmişdir.

 

Kənd mərkəzindəki vahid idarəetmə

sistemi vaxt itkisinin qarşısını alacaq

Oktyabrın 28-də Pəzməri kənd mərkəzi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, ikimərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, kitabxana, Unus və Pəzməri kəndlərini əhatə edən Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı və polis sahə məntəqəsi, arxiv, klub, 38 yerlik zal və qazanxana yerləşir. Kitabxana fondunda 3619 kitab vardır. Rabitə evində 96 nömrə tutumlu yeni nəsil ATS quraşdırılmışdır. Kənddə 29 internet istifadəçisi vardır.

İnzibati ərazi dairəsi üzrə nümayəndə Elsəs Hüseynli kəndin təsərrüfat həyatı ilə bağlı məlumat vermişdir.

Tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı, yeni səhiyyə ocaqlarının istifadəyə verilməsi ölkəmizdə həyata keçirilən sosial islahatların əsas istiqamətidir. Kənd mərkəzində yerləşən feldşer-mama məntəqəsində məntəqə müdiri, mama və manipulyasiya otaqları vardır. Məntəqə ginekoloji müayinə masası və alət dəsti, təcili yardım çantası, qlükometr, boyölçən, tərəzi, soyuducu və digər tibbi ləvazimatlarla təchiz edilmişdir.

 

Xidmət mərkəzində lazımi şərait yaradılıb

 Oktyabrın 28-də Pəzməri kəndində xidmət mərkəzi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzdə yaradılan şəraitlə maraqlanmışdır.

Bildirilmişdir ki, xidmət mərkəzində bərbərxana, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazası yerləşir. Burada xidmətin təşkili üçün hər cür şərait yaradılmış, 3 nəfər işlə təmin olunmuşdur.

Ali Məclisin Sədri tələbata uyğun məhsulların satışı ilə bağlı tapşırıq vermişdir.

Sonra sakinlərlə görüş olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Unus və Pəzməri kəndlərinin müasir və ağıllı kəndlər sırasına daxil olduqlarını qeyd etmiş, yaradılan şəraitdən düzgün istifadə ediləcəyinə və məskunlaşmanın artacağına əminliyini bildirmişdir.

Kənd ağsaqqalı Vaqif Abdullayev görülən işlərə görə dövlətimizə minnətdarlıq etmişdir.