date saat

Yanvarın 20-də dövlət və hökumət nümayəndələri Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanına gəliblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra dövlət və hökumət nümayəndələri şəhidlərin məzarlarını, xiyabandakı Ana abidəsini və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türk ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək güllər qoyub, şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.

Yanvarın 10-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib.

Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib:

1. 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2. Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi

3. Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi

4. İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi

Gündəlikdə duran birinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının Baş Naziri Səbuhi Məmmədov və Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev çıxış ediblər.

Sessiyanın gündəliyində duran ikinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının maliyyə nazirinin müavini Həsən İsmayılov çıxış edib, “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu səsə qoyularaq qəbul olunub.

Gündəlikdə duran üçüncü məsələ - Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Rasim Bağırov çıxış edib, “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Qanun qəbul olunub.

Ardını oxu...

Yanvarın 7-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərur rayonunda olub, sakinlərlə görüşüb, onların müraciətləri dinlənilib. 

Əvvəlcə rayon mərkəzindəki ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, gül dəstələri qoyulub. 

Sonra sakinlərin müraciətləri dinlənilib.

Görüşdə 203 rayon sakininin şikayəti dinlənilib.

Görüşdən sonra Şərur şəhərindəki şəhidlər xiyabanı ziyarət edilib.

Yanvarın 9-da isə Şərur rayonundan olan şəhid ailələri ilə görüş keçirilib, 20 şəhid ailəsinin müraciəti qəbul olunub.

Yanvarın 6-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli yeni inşa edilən “Naxçıvan” Bərpa-İstehsalat Hərbi Kompleksində olub.
Keçirilən brifinqdə slayd vasitəsilə kompleksdə yaradılan şərait və imkanlar barədə ətraflıməlumat verilib, tikinti prosesindən hazırlanmış videoçarx nümayiş olunub.
Sonra “Naxçıvan” Bərpa-İstehsalat Hərbi Kompleksi ilə əyani tanışılıq zamanı bildirilib ki, kompleksdə 1 mərkəz, 3 şöbə, 4 bölmə, 8 sex, 10 sahə yaradılıb. Kompleks əsasən Türkiyə Respublikasından gətirilən 103 adda dəzgah və cihaz, 8 adda sınaq qurğusu, 132 adda digər təmir avadanlıqları ilə təchiz edilib. Burada silahların, avtomobil texnikalarının, artilleriya və hava hücumundan müdafiə vasitələrinin, zirehli tank texnikalarının, elektron və rabitə avadanlıqlarının, mühəndis texnikalarının və aqreqatlarının təmiri, mexanikləşdirilmiş emal sexləri fəaliyyət göstərəcək. Silahların təmiri sexində ən son texnoloji avadanlıqlarla atıcı silahların qumla təmizlənməsi və kimyəvi üsulla yenidən rənglənməsi işləri də aparılacaq. Qeyd olunub ki, kompleksdə bütün növ texnikaların mühərriklərini əsaslı şəkildə təmir etdikdən sonra müasir elektron vasitələrlə sınaqdan keçirmək mümkündür. Həmçinin texnikalarda olan yanacaq, hava, yağ və elektrik sistemləri avadanlıqları təmir prosesi keçdikdən sonra yeni nəsil sınaq qurğuları ilə yoxlanılacaq. Elektron və rabitə avadanlıqlarının təmiri sexində xüsusi antistatik otaqlarda elektron avadanlıqların və optik gecəgörmə cihazlarının təmiri və sınaqdan keçirilməsi mümkündür.

Ardını oxu...

Yanvarın 6-da Naxçıvan Muxtar Respublikasında ev təsərrüfatlarının uçotunun aparılması işinin təşkili ilə bağlı müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli müşavirədə çıxış edərək deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasəti və ortaya qoyduğu siyasi iradə bu gün respublikamızda ən böyük infrastruktur layihələrindən biri olan Zəngəzur layihəsinin həyata keçirilməsini labüd edib. Səlahiyyətli nümayəndə Azərbaycan Respublikası və onun Naxçıvan Muxtar Respublikası, eyni zamanda region üçün Zəngəzur layihəsinin əhəmiyyətini qeyd edib.

Ardını oxu...