date saat

  • vtem slides

    Kələki kənd məktəbi müasir tədris imkanlarına malikdir 

    Noyabrın 24-də Ordubad rayonunun Kələki kənd tam orta məktəbi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olmuşdur. Məlumat verilmişdir ki, Kələki kənd tam orta məktəbi üçün 2003-cü ildə yeni bina tikilmiş, 2022-ci ildə məktəb binası yenidən qurulmuşdur. 2 mərtəbəli məktəbdə 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, şahmat sinfi, direktor, direktor müavini, kompüter, psixoloq, müəllimlər otaqları, hərbi kabinə, STEAM kabinəsi, kitabxana və qarderob yerləşir. Məktəbin kitabxana fondunda 2562 kitab vardır. STEAM kabinəsində 1 elektron lövhə, 2 kompüter quraşdırılmışdır. Kabinə 3D printer, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilmişdir. Şagirdlər hazırladıqla…
  • vtem slides

    Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə 30 min ağac əkilib 

    1992-ci il noyabrın 21-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda yaradılan Yeni Azərbaycan Partiyası ötən müddətdə ölkəmizin əsas hərəkətverici siyasi təşkilatına çevrilmişdir. Bu gün Azərbaycanda, eləcə də muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri, iqtisadiyyatın inkişafı və əhalinin rifahının yaxşılaşdırılması Yeni Azərbaycan Partiyasının proqramında nəzərdə tutulan tədbirlərin uğurlu icrasının nəticəsidir. Ötən müddətdə muxtar respublikada təbii sərvətlərimizə qayğı ilə yanaşılması və ekoloji tarazlığın qorunması istiqamətində də ardıcıl işlər görülmüşdür. Noyabrın 19-da Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə ağacəkmə keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvə…
  • vtem slides

    Culfa rayon Dövlət Bayrağı Meydanı istifadəyə verilib 

    Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvanda üçrəngli bayrağımız əbədi yüksəkliyə qaldırılmış, müstəqil dövlətçiliyimizin bərpası istiqamətində mühüm qərarlar qəbul edilmişdir. Ulu öndər Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Milli Qurtuluşun əsasını qoymuş, milli birliyi və sabitliyi təmin etmiş, müstəqilliyimiz qorunub saxlanılmışdır. Ölkə Prezidenti cənab İlham Əliyev ulu öndərin yolunu uğurla davam etdirərək dövlətçiliyimizi daha da möhkəmləndirmiş, Azərbaycan yeni inkişaf mərhələsinə yüksəlmiş, torpaqlarımız işğaldan azad olunmuş, Böyük Zəfər qazanılmışdır. Noyabrın 17-də Culfa rayon Dövlət Bayrağı Meydanı istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Culfa Bayraq Meydanının istifadəyə verilməsi, eləcə də Milli Dirçəliş Günü…
  • vtem slides

    Alışar kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib 

    Noyabrın 10-da Alışar kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir. Məlumat verilmişdir ki, məktəb 2004-cü ildə tikilmiş, 2022-ci ildə isə yenidən qurulmuşdur. 2 mərtəbədən ibarət olan 342 şagird yerlik məktəbdə 19 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, şahmat sinfi, direktor, direktor müavini, idman müəllimi, kompüter, psixoloq və müəllimlər otaqları, hərbi kabinə, STEAM kabinəsi, kitabxana, qarderob və idman zalı yerləşir. Məktəbin kitabxana fondunda 3225 kitab vardır. STEAM kabinəsində 1 elektron lövhə, 2 kompüter, 3D printer quraşdırılmışdır. Kabinə mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilmişdir. Şa…
  • vtem slides

    Naxçıvan şəhərində Zəfər Abidəsi yaradılıb 

    Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz İkinci Qarabağ müharibəsində torpaqlarımızı işğaldan azad edərək Zəfər qazandı. Zəfər tariximizin əbədiləşdirilməsi və şəhidlərimizin xatirəsinə ehtiramın ifadəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 fevral 2022-ci il tarixli Sərəncamı ilə Naxçıvan şəhərində Zəfər Abidəsi yaradılmış, Zəfər Parkı salınmışdır. Noyabrın 5-də – Zəfər Günü ərəfəsində Naxçıvan şəhərində Zəfər Abidəsi istifadəyə verilmiş, Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərə mənzillər və avtomobillər təqdim olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov şəh…
  • vtem slides

    Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş 

    Noyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Petr Mixalko və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə Avropa İttifaqı arasındakı müxtəlif səviyyəli əlaqələrdən bəhs olunmuşdur. Sonda xatirə şəkli çəkdirilmişdir.…
  • vtem slides

    Culfa Külək Elektrik Stansiyası istifadəyə verilib 

    Əlverişli coğrafi mövqeyi və iqlim şəraiti muxtar respublikada alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq Culfa rayonunda Külək Elektrik Stansiyası qurulmuşdur. Oktyabrın 31-də Culfa Külək Elektrik Stansiyası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev məlumat verərək demişdir ki, hər birinin gücü 30 kilovat olan 10 külək turbini yeni qurulan 132/110/35/10 kilov…
  • vtem slides

    Naxçıvanda Türkiyə Cümhuriyyətinin 99-cu ildönümü münasibətilə tədbir keçirilib 

    Oktyabrın 28-də Türkiyə Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak etmişdir. Tədbirdə Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi yad edilmiş, Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilmiş, cümhuriyyətin qurulması ilə bağlı videoçarx nümayiş etdirilmişdir.…
  • vtem slides

    Unus kənd məktəbində müasir tədris şəraiti yaradılıb 

    Oktyabrın 28-də Ordubad rayonunun Unus kənd tam orta məktəbi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olmuşdur. Məlumat verilmişdir ki, ikimərtəbəli 120 şagird yerlik məktəbdə 10 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, direktor, şahmat, kompüter və müəllimlər otaqları, STEAM kabinəsi, kitabxana, qarderob, idman zalı və bufet yerləşir. Məktəbin kitabxana fondunda 3142 kitab vardır.  STEAM kabinəsində 1 elektron lövhə, 2 kompüter quraşdırılmışdır. Kabinə 3D printer, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilmişdir. Şagirdlər hazırladıqları “Onurğa əyilməsinə qarşı hazırlanmış mikrobit” və “İstilikölçən cihaz” layihələrini təqdim etmişlər.…
  • vtem slides

    Naxçıvanda payızlıq taxıl əkini ilə bağlı səyyar müşavirə keçirilib 

    Ümummilli lider Heydər Əliyev demişdir: “Taxılçılıq kənd təsərrüfatının əsas sahələrindən biridir. Biz taxıl istehsalını ilbəil artırmalıyıq... Taxılçılığı əsas sahə hesab edərək bu işlə daha ciddi, yorulmadan məşğul olmalıyıq”. Muxtar respublikada taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinə dövlət maliyyə dəstəyinin göstərilməsi, onların keyfiyyətli toxum sortları və texnikalarla təminatı, istehsal edilən taxılın sərfəli qiymətlərlə qəbulu əkin sahələrinin ilbəil genişləndirilməsinə, məhsuldarlığın artırılmasına səbəb olmuşdur. Oktyabrın 25-də “Araz” Elm-İstehsalat Birliyinin təcrübə təsərrüfatında payızlıq taxıl əkininin gedişi ilə bağlı səyyar müşavirə keçirilmişdir. Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini Elşad Əliyev muxtar respublikada 2023-cü ilin məhsulu üçün cari ilin payızında əkiləcək taxıl sahələri…
Pause

  • 01.jpg
  • 02.jpg
  • 03.jpg
  • 04.jpg
  • 05.jpg
  • 06.jpg
  • 07.jpg
  • 08.jpg
  • 09.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg
  • 23.jpg
  • 24.jpg
  • 25.jpg
  • 26.jpg
  • 27.jpg
  • 28.jpg
  • 29.jpg
  • 30.jpg
  • 32.jpg
  • 33.jpg
  • b1.jpg
  • n6.jpg
  • n8.jpg
  • n13.jpg
  • n15.jpg
  • n16.jpg
  • n17.jpg
  • n36.jpg
  • n44.jpg
  • n45.jpg

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 03 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrasıyla əlaqədar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının II kurs tələbələri ilə “Ədliyyə könüllüləri” istiqamətverici layihəsi üzrə növbəti görüş  Penitensiar Xidmətdə, İcra və probasiya şöbəsində, Qeydiyyat və notariat şöbəsində olmuşdur.

Ardını oxu...

Mayın 25-də Ədliyyə Nazirliyinin əməkdaşları “muzey günləri” çərçivəsində Naxçıvan Biznes Mərkəzində olublar. Qeyd edək ki,  Mərkəz Naxçıvan Muxtar Respublikasında biznes mühitinin yaxşılaşdırılması və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi üçün yaradılan, müxtəlif istehsal və xidmət sahələri üzrə biznesə yeni başlayan sahibkarlara hərtərəfli köməklik göstərilməsi, biznes sahəsində tədbirlərin keçirilməsi və muxtar respublikada istehsal olunan yerli məhsulların sərgilənməsi üçün nəzərdə tutulmuş müəssisədir.

Mərkəz haqqında ədliyyə işçilərinə məlumat verən bələdçi bildirib ki, ümumi sahəsi iki min kvadratmetr olan binanın birinci mərtəbəsində muxtar respublikada istehsal olunan yerli məhsulların sərgiləndiyi geniş sərgi, iki yüz nəfərlik konfrans zalı, ikinci mərtəbədə yüz nəfərlik konfrans zalı və iki yüz nəfər iştirakçı üçün sinxron tərcümə dəsti, hər iki zalda təqdimatlar keçirmək üçün elektron lövhələr və sürətli internet vardır. Mərkəzdəki sərgi ilə tanış olmaq üçün gələn ziyarətçilərə ingilis və rus dillərində də danışa bilən ixtisaslı kadrlar xidmət göstərirlər.

Ardını oxu...

Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Məhkəmə ekspertizasının aktual məsələləri” mövzusunda Məhkəmə Ekspertizası Mərkəzində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun bir qrup əməkdaşlarının iştirakı ilə praktiki seminar keçirilmişdir.

Seminarı Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, ədliyyə müşaviri Rafiq Cəfərov giriş sözü ilə açaraq, iştirakçılara Məhkəmə Ekspertizası Mərkəzində həyata keçirilən ekspertizalar haqqında məlumat verərək bildirmişdir ki, daxil olan ekspertiza işlərinin sayı ilbəil artır. 2018-ci ildə daxil olan ümumi işlərin sayı 245 ekspertiza işinə çatmışdır. Daxil olan hər bir iş dəqiq təhqiq olunur, nəticəsindən asılı olaraq rəy və arayışlar tərtib olunur.

Ardını oxu...