date saat

  • vtem slides

    Naxçıvanda 20 Yanvar faciəsinin 33-cü ildönümü yad edilib 

    Yanvarın 20-də dövlət və hökumət nümayəndələri Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanına gəliblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra dövlət və hökumət nümayəndələri şəhidlərin məzarlarını, xiyabandakı Ana abidəsini və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türk ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək güllər qoyub, şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.…
  • vtem slides

    Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib 

    Yanvarın 10-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib. Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib: 1. 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları 2. Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi 3. Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi 4. İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi Gündəlikdə duran birinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının Baş Naziri Səbuhi Məmmədov və Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev çıxış ediblər. Sessiyanın gündəliyində duran ikinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının maliyyə nazirinin müavini Həsən İsmayılov çıxış edib, “Naxçıvan Muxtar Respublikasının 2023-cü il…
  • vtem slides

    Şərur rayon sakinlərinin müraciətləri dinlənilib 

    Yanvarın 7-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərur rayonunda olub, sakinlərlə görüşüb, onların müraciətləri dinlənilib.  Əvvəlcə rayon mərkəzindəki ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, gül dəstələri qoyulub.  Sonra sakinlərin müraciətləri dinlənilib. Görüşdə 203 rayon sakininin şikayəti dinlənilib. Görüşdən sonra Şərur şəhərindəki şəhidlər xiyabanı ziyarət edilib. Yanvarın 9-da isə Şərur rayonundan olan şəhid ailələri ilə görüş keçirilib, 20 şəhid ailəsinin müraciəti qəbul olunub.…
  • vtem slides

    Əlahiddə Ümumqoşun Orduda yeni tikilən hərbi obyektlərlə tanışlıq olub 

    Yanvarın 6-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli yeni inşa edilən “Naxçıvan” Bərpa-İstehsalat Hərbi Kompleksində olub.Keçirilən brifinqdə slayd vasitəsilə kompleksdə yaradılan şərait və imkanlar barədə ətraflıməlumat verilib, tikinti prosesindən hazırlanmış videoçarx nümayiş olunub.Sonra “Naxçıvan” Bərpa-İstehsalat Hərbi Kompleksi ilə əyani tanışılıq zamanı bildirilib ki, kompleksdə 1 mərkəz, 3 şöbə, 4 bölmə, 8 sex, 10 sahə yaradılıb. Kompleks əsasən Türkiyə Respublikasından gətirilən 103 adda dəzgah və cihaz, 8 adda sınaq qurğusu, 132 adda digər təmir avadanlıqları ilə təchiz edilib. Burada silahların, avtomobil texnikalarının, artilleriya və hava hücumundan müdafiə vasitələrinin, zirehli tank texnikalarının, elektron və rabitə avadanlıqlarının, mühəndis texnikaları…
  • vtem slides

    Naxçıvanda ev təsərrüfatlarının uçotunun aparılması işinin təşkili ilə bağlı müşavirə keçirilib 

    Yanvarın 6-da Naxçıvan Muxtar Respublikasında ev təsərrüfatlarının uçotunun aparılması işinin təşkili ilə bağlı müşavirə keçirilib.Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli müşavirədə çıxış edərək deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasəti və ortaya qoyduğu siyasi iradə bu gün respublikamızda ən böyük infrastruktur layihələrindən biri olan Zəngəzur layihəsinin həyata keçirilməsini labüd edib. Səlahiyyətli nümayəndə Azərbaycan Respublikası və onun Naxçıvan Muxtar Respublikası, eyni zamanda region üçün Zəngəzur layihəsinin əhəmiyyətini qeyd edib.…
  • vtem slides

    Culfa rayon sakinləri ilə görüş olub 

      Yanvarın 5-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Culfa rayonunda olub, sakinlərlə görüşüb, onların müraciətləri dinlənilib.  Əvvəlcə Culfa şəhərindəki şəhidlər abidəsi və ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilib, gül dəstələri qoyulub.  Səlahiyyətli nümayəndə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını rayon sakinlərinə çatdırıb. Görüşdə 138 rayon sakininin şikayəti dinlənilib, 273 sakinin yazılı şikayəti isə baxılması üçün götürülüb.…
  • vtem slides

    Fuad Nəcəfli Ordubad sakinləri ilə görüşüb 

    Dekabrın 30-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ordubad rayonunda olub, sakinlərlə görüşüb. Səlahiyyətli nümayəndə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını rayon sakinlərinə çatdırıb. Bildirilib ki, bugünkü görüşdə sakinlərin problemlərini, üzləşdikləri çətinlikləri dinləyəcəyik. Görüşdə 44 rayon sakininin şikayəti dinlənilib, 54 sakinin yazılı şikayəti isə baxılması üçün götürülüb. Görüşdə bildirilib ki, problemlər qısa müddətdə aid dövlət qurumları ilə birlikdə araşdırılıb həll olunacaq. Görüşdən sonra Ordubad şəhərindəki şəhidlər xiyabanı ziyarət edilib.…
  • vtem slides

    Naxçıvan şəhərində bayram şənliyi keçirilib. Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şənlikdə iştirak edib 

    Naxçıvan şəhərinin Heydər Əliyev prospektində təşkil olunan bayram şənliyində xoş əhval-ruhiyyəli şən mahnılar səsləndirilib, rəqs nümunələri təqdim olunub. Bayram şənliyində muxtar respublikada fəaliyyət göstərən istehsal və xidmət müəssisələri, eləcə də ailə təsərrüfatları tərəfindən əhaliyə ictimai-iaşə xidməti göstərilib. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ictimai-iaşə xidmətinin təşkili ilə maraqlanıb.   Fuad Nəcəfli sakinlərlə səmimi söhbət edib, xatirə fotoları çəkdirib, onların bayramını təbrik edib, uşaqlara hədiyyələr verib. Naxçıvan şəhərində bayram şənliyi və ictimai-iaşə xidməti gün ərzində davam edib.…
  • vtem slides

    Naxçıvanda həmrəylik və yeni il bayramı böyük təntənə ilə qeyd olunub 

    Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sakinlərlə görüşüb 2023-cü ilin gəlişi minlərlə muxtar respublika sakininin böyük coşğusu ilə qeyd edilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bayram şənliyinə gəlib, sakinlərlə görüşüb, səmimi təbriklərini çatdırıb. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına televiziya vasitəsilə təbriki mərkəzi meydanda quraşdırılan monitor vasitəsilə yayımlanıb. Fuad Nəcəfli sakinlərlə birlikdə ölkə başçısının xalqa müraciətini izləyib. Gecə saatlarında Naxçıvan şəhərində möhtəşəm bayram atəşfəşanlığı olub, yeni il xoş ovqat və böyük təntənə ilə qarşılanıb. Gecənin sonunda jurnalistlərə qısa müsahibə verən səlahiyyətli nümayəndə Fuad Nəcəfli Preziden…
  • vtem slides

    Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Əlahiddə Ümumqoşun Orduda olub, xidmət şəraiti ilə maraqlanıb 

    Dekabrın 28-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Əlahiddə Ümumqoşun Orduda olub, xidmət şəraiti ilə maraqlanıb. Əvvəlcə Naxçıvan Qarnizonu Qoşunlarının Mərkəzi Qərargahına gələn Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinə müasir avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilmiş Döyüşü İdarəetmə Mərkəzi və Mərkəzi Komanda Məntəqəsinin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Döyüşü İdarəetmə Mərkəzi Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələri arasında qarşılıqlı əlaqənin təmin edilməsində, qarşıya qoyulan döyüş tapşırıqlarının operativ icrasında mühüm rol oynayır. Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev muxtar respublikanın etibarlı müdafiəsinin təmin olunm…
Pause

  • 01.jpg
  • 02.jpg
  • 03.jpg
  • 04.jpg
  • 05.jpg
  • 06.jpg
  • 07.jpg
  • 08.jpg
  • 09.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg
  • 23.jpg
  • 24.jpg
  • 25.jpg
  • 26.jpg
  • 27.jpg
  • 28.jpg
  • 29.jpg
  • 30.jpg
  • 32.jpg
  • 33.jpg
  • b1.jpg
  • n6.jpg
  • n8.jpg
  • n13.jpg
  • n15.jpg
  • n16.jpg
  • n17.jpg
  • n36.jpg
  • n44.jpg
  • n45.jpg

Ədliyyə Naziliyində 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir. Ədliyyə naziri Suliddin Əliyev bayram münasibətilə kollektivin qadın əməkdaşlarını təbrik etmiş, onlara işlərində müvəffəqiyyətlər, möhkəm cansağlığı arzulamışdır. Qadınların ölkəmizin ictimai-siyasi həyatında böyük rol oynadıqlarını xüsusi vurğulamış, onların xidmətlərini yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, vaxtilə ümummilli lider Heydər Əliyev qadınların fəaliyyətlərini, gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində əməyini yüksək qiymətləndirmiş, onlara daim böyük diqqət və qayğı göstərmişdir. Ümummilli lider qadınların cəmiyyətdəki rolunu yüksək qiymətləndirərək demişdir:"Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar".

Ardını oxu...

Martın 6-da Kəngərli rayonunda yeni formalaşan bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi istiqamətində “Yerli özünüidarəetmənin həyata keçirilməsində  qanunvericiliyin əsasları ” mövzusunda  seminar keçirilmişdir. Seminarda Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən “Bələdiyyə fəaliyyətinin təşkili ilə bağlı qanunverciliyin tələbləri”, “Yerli özünüidarənin hüquqi təminatları, bələdiyyə üzvünün hüquq və vəzifələri” və “Bələdiyyə əmlakının idarə olunması ilə bağlı qanunvericiliyin tələbləri və yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət” mövzularında çıxışlar edilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının hərtərəfli, dinamik, sosial-iqtisadi inkişafı və bütün sahələrdə əldə olunan böyük uğurlar bələdiyyə fəaliyyətinin təkmilləşdirilməsi üçün əlverişli imkanlar yaratmışdır. Bütün bunların əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və respublikamızın gələcək inkişafına yönəlmiş hərtərəfli yüksəlişin və demokratik inkişafın təsdiqidir.

2019-cu ildə ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrdən biri də dekabrın 23-də keçirilən növbəti bələdiyyə seçkiləri olmuşdur. Beşinci dəfə keçirilən seçkilər nəticəsində bələdiyyələrin yeni tərkibi formalaşmış,  vətəndaşlarımız yerli özünüidarəetmə orqanlarında təmsil olunmuş və yerli əhəmiyətli məsələlərin həllində yaxından iştirak etmək imkanı qazanmışlar.

Martın 2-də Ordubad rayonunda yeni seçilmiş bələdiyyə üzvlərinin və bələdiyyə qulluqçularının maarifləndirilməsi məqsədilə Ədliyyə Nazirliyinin  əməkdaşları tərəfindən seminar keçirilmişdir. Seminarda bələdiyyə fəaliyyəti ilə əlaqədar qanunvericiliyin tələbləri, yerli özünüidarənin hüquqi təminatları, bələdiyyə üzvlərinin hüquq və vəzifələri, bələdiyyə əmlakının idarə olunması və onların fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi məsələlərinə toxunulmuşdur.

Ardını oxu...

Fevralın 1-də Ədliyyə Nazirliyində Qeydiyyat və notariat şöbəsinin yerli qurumlarının əməkdaşlarının iştirakı ilə 2019-cu ilin yekunlarına dair kollegiya iclasından irəli gələn vəzifələrlə əlaqədar müşavirə keçirilib.

Nazirliyin Qeydiyyat və notariat şöbəsinin rəisi ədliyyə müşaviri Səyyub Kərimov çıxış edərək 2019-cu il ərzində şöbənin yerli qurumlarının fəaliyyəti barədə məlumat verib. Bildirib ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, hüquqi şəxslərin qeydiyyatı və notariat əməliyyatları zamanı dövlət büdcəsinə ödənilməsi, qeydiyyat şöbələrində, dövlət və xüsusi notariat ofislərində əmək və icra intizamına əməl oluması, qeydiyyat şöbələrinin işçilərinin, notariusların peşəkarlıq səviyyələrinin artırılması xüsusi nəzarətdə saxlanılmış, icra nümayəndəliklərində yoxlamalar keçirilmiş və aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilmişdir.

Qeyd olunub ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Ədliyyə Nazirliyinin fəaliyyətinə dair verilən tapşırıqlardan biri də xüsusi qaydada fəaliyyət göstərən notariusların qanunvericiliyə əməl etməsinə nəzarət edilməsi olmuşdur.

Ardını oxu...