date saat
![]() |
![]() |
![]() |
Ədliyyə Nazirliyi və Naxçıvan Dövlət Universitetinin 2022-2023-cü tədris ili üçün birgə təsdiq etdikləri tədbirlər planına uyğun olaraq cari ilin fevral-may ayları ərzində tələbələrin nazirlikdə və tabe qurumlarda istehsalat təcrübəsinə cəlb edilmələri nəzərdə tutulmuşdur. Fevralın 17-də Ədliyyə Nazirliyində universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquqşünaslıq və İqtisadiyyat və idarəetmə fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə IV kurs tələbələrinin və pedoqoji heyətin iştirakı ilə istehsalat təcrübəsinin başlanması ilə əlaqədar tədbir keçirilmişdir.
Böyük insan, qüdrətli şəxsiyyət, unudulmaz lider deyirdi: “Konstitusiya Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü təmin edən Konstitusiyadır və əminəm ki, bu, daimi olacaqdır. Xalqımız bu Konstitusiyanın müddəalarından istifadə edərək Azərbaycanın dövlət müstəqilliyini əbədi edəcəkdir. Yeni Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin yaranması üçün əsaslar yaratmış, bütün təminatları vermişdir. Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir”.
Ölkəmizin tarixi bir çox önəmli hadisələrlə zəngindir. Bunların içərisində Konstitusiyanın, yəni Əsas Qanunun qəbulu ən mühüm hadisələrdəndir. Bu bir həqiqətdir ki, ölkəmizin müstəqillik əldə etməsi ilə Azərbaycanın tarixi inkişafının yeni mərhələsi başlandı. İlkin olaraq müstəqil dövlətin iqtisadi modelinin yaradılması üçün böyük islahatların aparılması, yeni qanunların qəbul edilməsi, ən başlıcası, ilk milli Konstitusiyanın işlənib hazırlanması ciddi vəzifə kimi qarşıda dayandı. Çünki hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır.