date saat

  • vtem slides

    Naxçıvanda 20 Yanvar faciəsinin 33-cü ildönümü yad edilib 

    Yanvarın 20-də dövlət və hökumət nümayəndələri Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanına gəliblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra dövlət və hökumət nümayəndələri şəhidlərin məzarlarını, xiyabandakı Ana abidəsini və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türk ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək güllər qoyub, şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.…
  • vtem slides

    Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib 

    Yanvarın 10-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib. Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib: 1. 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları 2. Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi 3. Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi 4. İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi Gündəlikdə duran birinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının Baş Naziri Səbuhi Məmmədov və Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev çıxış ediblər. Sessiyanın gündəliyində duran ikinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının maliyyə nazirinin müavini Həsən İsmayılov çıxış edib, “Naxçıvan Muxtar Respublikasının 2023-cü il…
  • vtem slides

    Şərur rayon sakinlərinin müraciətləri dinlənilib 

    Yanvarın 7-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərur rayonunda olub, sakinlərlə görüşüb, onların müraciətləri dinlənilib.  Əvvəlcə rayon mərkəzindəki ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, gül dəstələri qoyulub.  Sonra sakinlərin müraciətləri dinlənilib. Görüşdə 203 rayon sakininin şikayəti dinlənilib. Görüşdən sonra Şərur şəhərindəki şəhidlər xiyabanı ziyarət edilib. Yanvarın 9-da isə Şərur rayonundan olan şəhid ailələri ilə görüş keçirilib, 20 şəhid ailəsinin müraciəti qəbul olunub.…
  • vtem slides

    Əlahiddə Ümumqoşun Orduda yeni tikilən hərbi obyektlərlə tanışlıq olub 

    Yanvarın 6-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli yeni inşa edilən “Naxçıvan” Bərpa-İstehsalat Hərbi Kompleksində olub.Keçirilən brifinqdə slayd vasitəsilə kompleksdə yaradılan şərait və imkanlar barədə ətraflıməlumat verilib, tikinti prosesindən hazırlanmış videoçarx nümayiş olunub.Sonra “Naxçıvan” Bərpa-İstehsalat Hərbi Kompleksi ilə əyani tanışılıq zamanı bildirilib ki, kompleksdə 1 mərkəz, 3 şöbə, 4 bölmə, 8 sex, 10 sahə yaradılıb. Kompleks əsasən Türkiyə Respublikasından gətirilən 103 adda dəzgah və cihaz, 8 adda sınaq qurğusu, 132 adda digər təmir avadanlıqları ilə təchiz edilib. Burada silahların, avtomobil texnikalarının, artilleriya və hava hücumundan müdafiə vasitələrinin, zirehli tank texnikalarının, elektron və rabitə avadanlıqlarının, mühəndis texnikaları…
  • vtem slides

    Naxçıvanda ev təsərrüfatlarının uçotunun aparılması işinin təşkili ilə bağlı müşavirə keçirilib 

    Yanvarın 6-da Naxçıvan Muxtar Respublikasında ev təsərrüfatlarının uçotunun aparılması işinin təşkili ilə bağlı müşavirə keçirilib.Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli müşavirədə çıxış edərək deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasəti və ortaya qoyduğu siyasi iradə bu gün respublikamızda ən böyük infrastruktur layihələrindən biri olan Zəngəzur layihəsinin həyata keçirilməsini labüd edib. Səlahiyyətli nümayəndə Azərbaycan Respublikası və onun Naxçıvan Muxtar Respublikası, eyni zamanda region üçün Zəngəzur layihəsinin əhəmiyyətini qeyd edib.…
  • vtem slides

    Culfa rayon sakinləri ilə görüş olub 

      Yanvarın 5-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Culfa rayonunda olub, sakinlərlə görüşüb, onların müraciətləri dinlənilib.  Əvvəlcə Culfa şəhərindəki şəhidlər abidəsi və ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilib, gül dəstələri qoyulub.  Səlahiyyətli nümayəndə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını rayon sakinlərinə çatdırıb. Görüşdə 138 rayon sakininin şikayəti dinlənilib, 273 sakinin yazılı şikayəti isə baxılması üçün götürülüb.…
  • vtem slides

    Fuad Nəcəfli Ordubad sakinləri ilə görüşüb 

    Dekabrın 30-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ordubad rayonunda olub, sakinlərlə görüşüb. Səlahiyyətli nümayəndə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını rayon sakinlərinə çatdırıb. Bildirilib ki, bugünkü görüşdə sakinlərin problemlərini, üzləşdikləri çətinlikləri dinləyəcəyik. Görüşdə 44 rayon sakininin şikayəti dinlənilib, 54 sakinin yazılı şikayəti isə baxılması üçün götürülüb. Görüşdə bildirilib ki, problemlər qısa müddətdə aid dövlət qurumları ilə birlikdə araşdırılıb həll olunacaq. Görüşdən sonra Ordubad şəhərindəki şəhidlər xiyabanı ziyarət edilib.…
  • vtem slides

    Naxçıvan şəhərində bayram şənliyi keçirilib. Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şənlikdə iştirak edib 

    Naxçıvan şəhərinin Heydər Əliyev prospektində təşkil olunan bayram şənliyində xoş əhval-ruhiyyəli şən mahnılar səsləndirilib, rəqs nümunələri təqdim olunub. Bayram şənliyində muxtar respublikada fəaliyyət göstərən istehsal və xidmət müəssisələri, eləcə də ailə təsərrüfatları tərəfindən əhaliyə ictimai-iaşə xidməti göstərilib. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ictimai-iaşə xidmətinin təşkili ilə maraqlanıb.   Fuad Nəcəfli sakinlərlə səmimi söhbət edib, xatirə fotoları çəkdirib, onların bayramını təbrik edib, uşaqlara hədiyyələr verib. Naxçıvan şəhərində bayram şənliyi və ictimai-iaşə xidməti gün ərzində davam edib.…
  • vtem slides

    Naxçıvanda həmrəylik və yeni il bayramı böyük təntənə ilə qeyd olunub 

    Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sakinlərlə görüşüb 2023-cü ilin gəlişi minlərlə muxtar respublika sakininin böyük coşğusu ilə qeyd edilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bayram şənliyinə gəlib, sakinlərlə görüşüb, səmimi təbriklərini çatdırıb. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına televiziya vasitəsilə təbriki mərkəzi meydanda quraşdırılan monitor vasitəsilə yayımlanıb. Fuad Nəcəfli sakinlərlə birlikdə ölkə başçısının xalqa müraciətini izləyib. Gecə saatlarında Naxçıvan şəhərində möhtəşəm bayram atəşfəşanlığı olub, yeni il xoş ovqat və böyük təntənə ilə qarşılanıb. Gecənin sonunda jurnalistlərə qısa müsahibə verən səlahiyyətli nümayəndə Fuad Nəcəfli Preziden…
  • vtem slides

    Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Əlahiddə Ümumqoşun Orduda olub, xidmət şəraiti ilə maraqlanıb 

    Dekabrın 28-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Əlahiddə Ümumqoşun Orduda olub, xidmət şəraiti ilə maraqlanıb. Əvvəlcə Naxçıvan Qarnizonu Qoşunlarının Mərkəzi Qərargahına gələn Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinə müasir avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilmiş Döyüşü İdarəetmə Mərkəzi və Mərkəzi Komanda Məntəqəsinin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Döyüşü İdarəetmə Mərkəzi Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələri arasında qarşılıqlı əlaqənin təmin edilməsində, qarşıya qoyulan döyüş tapşırıqlarının operativ icrasında mühüm rol oynayır. Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev muxtar respublikanın etibarlı müdafiəsinin təmin olunm…
Pause

  • 01.jpg
  • 02.jpg
  • 03.jpg
  • 04.jpg
  • 05.jpg
  • 06.jpg
  • 07.jpg
  • 08.jpg
  • 09.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg
  • 23.jpg
  • 24.jpg
  • 25.jpg
  • 26.jpg
  • 27.jpg
  • 28.jpg
  • 29.jpg
  • 30.jpg
  • 32.jpg
  • 33.jpg
  • b1.jpg
  • n6.jpg
  • n8.jpg
  • n13.jpg
  • n15.jpg
  • n16.jpg
  • n17.jpg
  • n36.jpg
  • n44.jpg
  • n45.jpg

Dekabrın 28-də Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində “Gənc ailələrin sağlam olması gələcək nəsillərin sağlam olması deməkdir” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov açaraq qonaqları salamlamış, tədbirin mövzusu və mahiyyəti barədə məlumat vermişdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Eltun Həziyev “Ailə dəyərlərimiz milli dəyərlərimizin əsasıdır” mövzusunda çıxış edərək dövlət tərəfindən ailələrə və xüsusilə də gənc ailələrə göstərilən qayğıdan ətraflı bəhs edib.  Vurğulanıb ki, ailələrə hərtərəfli qayğı göstərmək, gənc ailələrin milli-mənəvi dəyərlər üzərində inkşaf etməsini diqqətdə saxlamaq və onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasına xidmət etmək bütün cəmiyyətin və dövlətimizin ən prioritet sahələrindən biridir. Çünki ailə mənsub olduğu xalq, millət haqqında ilkin təsəvvürlər yaradır, həm də milli-mənəvi dəyərlərin təcəssümü, daşıyıcısı rolunda çıxış edir.

Ardını oxu...

Hələ qədim zamanlardan insanlar arasında yaranan münaqişələri məhkəmə və digər sturukturlara daşımazdan əvvəl ağsaqqallar, ailə böyükləri yığışıb yoluna qoyardılar. Müasir dövrdə də bir növ yaranan münaqişələrin həllində danışıqlar masasına oturulması, məsələnin öz oxundan kənara çıxmamış həll edilməsi üçün alternativ yol təqdim edilir. Həmin bu proses qanunvericilikdə mediasiya adlanır. Mediasiya latın sözüdür hərfi mənası isə vasitəçilik deməkdir və dünyanın bir sıra inkişaf etmiş ölkələrində tətb   iq olunur.

Ölkəmizdə isə 01 iyul 2021-ci il tarixdən “Mediasiya haqqında” Qanun qüvvədədir. Qanun mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləmək, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən etmək məqsədi daşıyır. Mülki işlər və kommersiya, ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr mediasiyanın tətbiq dairəsinə daxildir.

Qanuna əsasən mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır və könüllülük, mediatorların qərəzsizliyi və müstəqilliyi, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı və konfidensiallıq prinsiplərinə əsasında həyata keçirilir.

Ardını oxu...

Dekabrın 27-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Ümumdünya insan hüquqları Bəyannaməsinin 74 illiyinə həsr olunmuş “Müasir dövrdə insan hüquqlarının aktual problemləri” mövsuzunda beynəlxalq elmi-praktik konfrans təşkli edilib.

Konfransda Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin birinci müavini Əli Hüseynli, İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizlik Xidməti Akademiyalarının, Ədliyyə Nazirliyinin, Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının, həmçinin Türkiyə, Rusiya Federasiyası və Belarus Respublikasının nümayəndələri çıxış ediblər.

BMT-nin İnsan Hüquqları Ali Komissarlığının, Beynəlxalq Qızıl Xaç Komitəsinin, Azərbaycan Respublikasının Milli Məclisinin, Ombudsman Aparatının, Konstitusiya Məhkəməsinin, eləcə də respublikamızın bir sıra dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin böyük eksperti Emin Əliyev də onlayn formatda qoşularaq çıxış edib.

Ardını oxu...

Dekabrın 23-də Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın birinci instansiya məhkəmələrinin statistika sahəsində məsul əməkdaşlarının iştirakı ilə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında “Məhkəmə statistikasının aparılması qaydaları” ilə bağlı növbəti seminar keçirilmişdir.

Qeyd edək ki, bu sahədə olan yenilikləri və bilikləri təkmilləşdirmək məqsədilə hər hesabat dövrünün sonunda Ədliyyə Nazirliyi tərəfindən seminarlar təşkil olunur. 2022-ci hesabat ilinin başa çatması, məhkəmə fəaliyyətinə dair statistik hesabatların tərtib edilməsi məqsədilə məhkəmə işçiləri üçün təşkil olunan seminarda  məhkəmə statistikası hesabat dövrü ərzində birinci instansiya məhkəmələrinin icraatında olan işlərin ümumiləşdirilməsinin aparılması, təhlil edilməsi və onların təsnifatının müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur.

Ardını oxu...