date saat
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə Naxçıvan Müəllimlər İnstitutunda “Gənc ailələrin sağlam olması gələcək nəsillərin sağlam olması deməkdir” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Müəllimlər İnstitutunun Tədris və tərbiyə işləri üzrə prorektoru Çapay Quliyev tədris ocağında təşkil edilən tədbirin əhəmiyyəti qeyd edib, cəmiyyətin özəyi olan ailələrin təməlinin sağlam əsaslar üzərində qurulmasında maarifləndirici tədbirlərin keçirilməsinin mühüm rol oynadığını vurğulayıb.
![]() |
![]() |
![]() |
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları təsdiq edilən tədbirlər planının icrasına müvafiq olaraq “Açıq qapı” günlərinin keçirilməsini davam etdirirlər.
Növbəti qəbul martın 30-da Ordubad Rayon Məhkəməsinin inzibati binasında baş tutub. Vətəndaşlar fərdi qaydada qəbul edilərək müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınaraq rəsmiləşdirilib. Əsasən aliment, pul tələbi, qeydiyyat və notariat əməliyyatları ilə bağlı müraciət edən vətəndaşlara qanunamüvafiq məsləhətlər verilib və həlli mümkün olan məsələlərə dəstək göstərilib. Ədliyyə fəaliyyətinə uyğun araşdırma tələb edən müraciətlər isə həll edilməsi ilə bağlı nəzarətə götürülüb.
![]() |
![]() |
Ədliyyə Nazirliyi tərəfindən məhkəmə və digər orqanların qərarlarının qanunvericiliklə müəyyən edilmiş müddətdə tam icrası daim diqqətdə saxlanılır. Təsdiq edilmiş iş planının icrası istiqamətində nazirliyin aidiyyəti şöbə və bölməsinin əməkdaşları yerli icra və probasiya qurumlarına köməklik göstərir, eləcə də icradan yayınma hallarının qarşısının alınması üçün borclular barədə profilaktik tədbirlər görmək məqsədilə mütəmadi görüşlər keçirir.